NTD komandası iki basketbolçu transfer edib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Bakı təmsilçisi Detrek Brauninq və Tayri Boykinin keçidini rəsmiləşdirib.
ABŞ-dan olan basketbolçularla cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
29 yaşlı Detrek Brauninq son olaraq Polşa "Zastal"ının şərəfini qoruyub. 26 yaşlı Tayri Boykinin isə Gürcüstanın TSU klubunda çıxış edib.