Avropa Futbol Assosiasiyaları İttifaqı ( UEFA ) Fransanın PSJ klubuna komandanın keçmiş hücumçusu Kilian Mbappeyə olan borcuna görə sanksiya tətbiq edə bilər.
Demokrat.az xəbər verir ki, bu barədə L' Equipe məlumat yayıb.
25 oktyabr 2024-cü ildə Fransa Peşəkar Futbol Liqası Mbappenin ödənilməmiş 55 milyon avro maaşı və bonusları ilə bağlı PSJ-nin müraciətini rədd edib.
Bildirilir ki, klub Fransa Futbol Federasiyası, Milli Olimpiya Komitəsi və ya əmək məhkəməsi ilə mübahisəni davam etdirə bilər.
Dekabrın 20-də Mbappenin vəkilləri Fransa Futbol Federasiyasının ən yüksək apellyasiya komissiyasına PSJ-yə sanksiya tətbiq edilməsi tələbi ilə məhkəməyə müraciət ediblər.
Bu iş üzrə dinləmələrin hansı tarixdə keçiriləcəyi hələlik məlum deyil.
Əfsanə Kamal
Demokrat.az
10Mənbələr
-
news365.az"Fonbet"in rəhbəri 50 milyon rüşvət verdiyi üçün saxlanıldı ( 15115479)
-
pravda.azDeputat rüşvət almaqda şübhəli bilinərək saxlanıldı ( 15099815)
-
futbolpress.azKrivuneç PFL-in qonağı oldu ( 15098217)
-
arena.azMaksim Krivuneç PFL-in qonağı olub ( 15096745)
-
msport.azMaksim Krivuneç PFL-in qonağı olub ( 15095985)
-
idman.bizMaksim Krivuneç PFL-in qonağı olub ( 15095661)
-
cebheinfo.azYenidən "Real Madrid"in prezidenti seçildi ( 15093285)
-
bakivaxti.azYenidən "Real Madrid"in prezidenti seçildi ( 15091671)
-
news24.azDeputat rüşvət almaqda şübhəli bilinərək saxlanıldı ( 15090767)
-
oxu24.comFTX əməkdaşları deputatı rüşvət alarkən saxladı ( 15088993)