AZ

"Fonbet"in rəhbəri 50 milyon rüşvət verdiyi üçün saxlanıldı

Rusiya Futbol İttifaqının (RFS) keçmiş vitse-prezidenti, hazırda "Fonbet" bukmeker şirkətinin baş direktoru olan Sergey Anoxin Moskvada saxlanılıb. Bu barədə “112” Telegram kanalı məlumat yayıb.

Telegram kanalının məlumatına görə, həbsə səbəb xüsusi xidmət orqanı əməkdaşlarına rüşvət verilməsi olub. İlkin məlumata görə, Anoxin təhlükəsizlik qüvvələrinin nümayəndəsinə 50 milyon rubl rüşvət verib. Pulu alan şəxs də saxlanılıb.

Anoxin çimərlik futbolu oyunçusu olub. Futbolçu karyerası ərzində "Strogino" komandasında çıxış edib.

O, Rusiya Futbol İttifaqının vitse-prezidenti və Moskva Futbol Federasiyasının prezidenti vəzifələrində çalışıb. Anoxin 2022-ci ilin aprel ayına qədər Rusiya Futbol İttifaqının icraiyyə komitəsinin üzvü və Rusiya Futbol İttifaqının əsas futbol komitəsinin sədri olub. O, həm də 2020-ci ildən 2021-ci ilə kimi klubda çalışıb, “Ximki” futbol klubunun keçmiş baş direktorudur.

Tural

Seçilən
13
47
news365.az

10Mənbələr