Bakı. Trend:
Fransanın PSJ klubu sabiq futbolçusu Kilian Mbappeyə olan 55milyon avro borcunu ödəməyib.
Trend xəbərverir ki, bu məbləğə 26 yaşlı hücumçunun komanda ilə 2024-cü ilinyayında başa çatan müqaviləsi üzrə maaş və bonusları daxildir.
Ulduz oyunçu tərəfindən Fransa Futbol Federasiyasının ən yüksəkapellyasiya məhkəməsində iddia qaldırıldığı və bu yaxınlardadinləmələrin keçiriləcəyi bildirilib.
Həmçinin, PSJ “klubun lisenziyalaşdırılması və maliyyə sabitliyihaqqında” reqlamentin pozulması səbəbindən UEFA tərəfindənsanksiyalarla üzləşə bilər. Reqlamentə əsasən, avrokuboklardaiştirak edən klubların iyulun 15-i, oktyabrın 15-i və yanvarın15-dən etibarən işçilərinə heç bir borcu olmamalıdır. Qanunpozuntuları aşkar olunarsa, klub avrokuboklardan və ya növbətimövsümlərdə keçiriləcək yarışlardan kənarlaşdırıla bilər.
Fransa Peşəkar Futbol Liqası klubdan tez bir zamanda borcunuödəməyi tələb edib. Hazırda İspaniya təmsilçisi “Real Madrid”dəçıxış edən Kilian Mbappenin nümayəndələri UEFA-dan mövcud qaydalarauyğun ədalətli qərar gözlədiklərini bildiriblər.