Yaponiyanın İvate prefekturasındakı quşçuluq fermasında quş qripi epidemiyası səbəbilə daha 50 min toyuğun məhv edilməsinə başlanılıb.Yaponiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu, cari mövsümdə ölkədə yüksək patogenli quş qripinin 19-cu yayılmasıdır. Məlumata görə, nazirlik mövsümün əvvəlindən 11 əyalətdə təxminən 1,7 milyon quşun məhv edildiyini bildirib. Yerli dairələrin məlumatına görə, quş qripi epidemiyası səbəbilə İvate prefekturasındakı zərər çəkmiş ərazinin 3 km radiusunda iki fermada 170 min quşun hərəkətinə məhdudiyyət qoyulub. Bundan əlavə, 10 km-lik müşahidə zonası yaradılıb və ətrafda təxminən 3,8 milyon quşun hərəkəti məhdudlaşdırılıb.Qeyd edək ki, bundan əvvəl Aiçi prefekturasının ayrı-ayrı fermalarında quş qripi epidemiyası səbəbilə 120 min və 147 min quş məhv edilib. İbaraki prefekturasındakı fermada isə 1,1 milyondan çox quş məhv edilib.\\Metbuat.Az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta