AZ

“Satılmır”:Danimarkanın baş nazirindən Trampa CAVAB

Danimarkanın baş naziri Mette Frederiksen bildirib ki, Qrenlandiyanın gələcəyini sakinlərin özləri müəyyən etməlidir. AzPost xəbər verir ki, TV2-yə müsahibəsində o, ABŞ-ın seçilmiş prezidenti Donald Trampın Danimarkanın muxtariyyətini Amerikaya qatmaq istəyi ilə bağlı bəyanatına sərt cavab verib.  “Qrenlandiya satılmır. Qrenlandiyanın gələcəyinin başqası tərəfindən deyil, Qrenlandiyalıların özləri tərəfindən müəyyən edilməsi vacibdir ”, – deyə siyasətçi bildirib.

Qeyd edək ki, Tramp Qrenlandiyanın ABŞ-ın bir hissəsi olması ilə bağlı fikir səsləndirmişdi.

Seçilən
40
azpost.info

1Mənbələr