Fələstin Muxtariyyatı BMT Təhlükəsizlik Şurasından Qəzzada atəşkəslə bağlı qətnamə qəbul etməyi tələb edir...
Poliqon xəbər verir ki, Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur Fələstinin Qəzza zolağında dərhal atəşkəslə bağlı BMT Təhlükəsizlik Şurasından qətnamə tələb etmək niyyətini təsdiqləyib. Diplomat bu barədə RİA Novosti Agentliyinə müsahibəsində danışıb.
“Biz Təhlükəsizlik Şurasının qapılarını döyməyə davam edəcəyik ki, o, ayağa qalxsın və dərhal və qeyd-şərtsiz atəşkəs tələb edən BMT Nizamnaməsinin yeddinci fəslinə uyğun olaraq qətnamə qəbul etsin”, deyə Mənsur bildirib.
Poliqon.info