AZ

Floridada rusiyalı iş adamının 1,8 milyon dollar dəyərində iki mənzili müsadirə edilib

Amerika Ədliyyə Nazirliyi Florida ştatında rusiyalı iş adamı Viktor Perevalova məxsus olduğu iddia edilən iki mənzilin müsadirə edilməsinə nail olub.

Bu barədə departamentin saytında dərc olunmuş məlumatda deyilir.

Sənəddən belə çıxır ki, iddia ötən ilin fevralında qaldırılıb.

Müsadirə haqqında qərar yanvarın 7-dən qüvvəyə minib.

Müsadirə olunan əmlakın dəyəri 1,8 milyon dollar qiymətləndirilir.

DOĞRU.AZ

Seçilən
42
dogru.az

1Mənbələr