AZ

Avtomobillə qadını vurub hadisə yerindən qaçan sürücü məhkəmə qarşısında

Bakıda qəza törətməkdə təqsirləndirilən Sadiq Abdullayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Kamran Muxtarovun icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclası yanvarın 21-nə təyin edilib.

 

Qeyd: Hadisə ötən il iyulun 2-də paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsində qeydə alınıb.

 

Belə ki, “VAZ-2106” markalı avtomobili etibarnaməsi və sürücülük vəsiqəsi olmadan idarə edən sürücü Sadiq Abdullayev Zirə qəsəbəsində hərəkətdə olarkən piyada keçidi olmayan yolu keçən Çimnaz Məmmədovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü isə hadisə yerindən qaçıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

 

Daha sonra sürücü saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Tarix: 8 Yanvar 2025, 08:52   
Seçilən
7
pravda.az

1Mənbələr