AZ

Neft, ABŞ-da ehtiyatların azalması və soyuq hava ilə əlaqədar olaraq bahalaşır

Brent nefti çərşənbə axşamı 1 faiz dəyər qazandıqdan sonra bir barel üçün 77 dolları keçib, ABŞ xam nefti isə 75 dollar/barelə yaxınlaşıb.

Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 09:00-da Brent nefti 0,40% artımla 77,35 dollardan ticarət olunub. 

Amerika Neft İnstitutunun hesabatı göstərir ki, ABŞ-da neft ehtiyatları keçən həftə 4 milyon barrel azalıb; Çərşənbə günü hökumət məlumatları ilə təsdiqlənsə, bu, yeddinci ardıcıl azalma və üç il ərzində ən uzunmüddətli geriləmə olacaq.

ABŞ-da soyuq hava yanacağa tələbi və hasilat sahələrində donma riskini artırıb. Şimali Avropa da qar və buza hazırlaşır. Qiymətlər bir neçə ay davam edən diapazondan çıxdıqdan sonra 2025-ci ilə güclü başlayıb, lakin bir çox analitiklər ilin sonunda tədarük bolluğu barədə xəbərdarlıq etməyə davam edir.

ABŞ və Avropada soyuq hava xam neftin bahalaşmasına səbəb olur. Bu, Tramp administrasiyasının sanksiyaları sərtləşdirməsi ehtimalı, İranın neft ixracına məhdudiyyətlərin davam etməsilə bağlı narahatlıqlar ilə də dəstəklənir. 

 

Seçilən
70
marja.az

1Mənbələr