AZ

İranda qadınlar da daxil olmaqla rekord sayda insan edam edilib - BMT

Qadınlar xüsusilə özünümüdafiə məqsədilə kişiləri öldürdükləri üçün edam edilirdilər.

QHT.az xəbər verir ki, İranda ötən il 31-i qadın olmaqla 901 nəfər edam edilib. BMT-nin İnsan Haqları Bürosunun məlumatına görə, bu, əvvəlki illə müqayisədə 50 nəfər çoxdur və ümumilikdə 2015-ci ildən bəri ən çox insandır. Edam edilənlərin əksəriyyəti narkotiklə əlaqəli cinayətlərə görə məhkum ediliblər. Lakin bu qurbanlar arasında siyasi dissidentlər və 2022-ci ilin kütləvi etirazlarının iştirakçıları da var. BMT həmçinin edam edilən qadınların sayının artmasından narahatdır.

BMT-nin insan haqları ofisinin sözçüsü Liz Throssell Cenevrədə keçirdiyi brifinqdə jurnalistlərə bildirib ki, qadınlara qarşı işlərin əksəriyyəti qətl ittihamı ilə bağlıdır. Bu qadınların əhəmiyyətli bir hissəsi məişət zorakılığının, uşaq nikahının və ya məcburi nikahın qurbanı olub. Məsələn, edam edilən qadınlardan biri qızı zorlamaq istəyən ərini öldürməkdə təqsirli bilinib, BMT sözçüsü Reuters-ə bildirib.

 

R.İmanov

Seçilən
39
qht.az

1Mənbələr