ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp öz “Truth” səhifəsində Kanadanın ABŞ-a birləşdiriləcəyindən sonra ölkənin necə görünəcəyini göstərən xəritə dərc edib.
Herbiand.az xəbər verir ki, bu xəritədə Kanada və ABŞ eyni rəngə verilib və üzərinə Amerika Birləşmiş Ştatları yazılıb.
Trammp bir çox kanadalının öz ölkəsinin ABŞ-ın 51-ci ştatı olmasını müdafiə etdiyini bildirir və hesab edir ki, belə birləşmə Kanadaya təkcə iqtisadi sabitlik gətirməyəcək, həm də onu Rusiya və Çindən gələn təhlükələrdən qoruyacaq.
Kanadanın Baş naziri Castin Trüdo isə ölkənin ABŞ-ın bir hissəsi olması üçün ən kiçik bir şansın olmadığını söyləyib.