AZ

Fitch: ABŞ 2025-ci ildə bir çox maliyyə siyasəti problemləri ilə üzləşəcək

Qlobal reytinq agentliyi Fitch, ABŞ-ın 2025-ci ildə bir çox maliyyə siyasəti problemləri ilə üzləşəcəyini nəzərdə tutur. 

Marja.az xəbər verir ki, Fitch yaydığı məlumatda, ABŞ-ın bu il borc limiti, ödəmələr və vergilərin azaldılması ilə bağlı əhəmiyyətli maliyyə siyasəti problemləri ilə üzləşəcəyi, bu çətinliklərin artıq böyük kəsirlər və artan borc yükləri mühitində ortaya çıxacağı qeyd edilib.

Məlumatda vurğulanıb ki, federal hökumətin büdcə prosesində uzun müddətdir mövcud olan zəifliklər və Nümayəndələr Palatasındakı Respublikaçıların məhdud çoxluğu səbəbindən bunların tez bir zamanda həll olunmayacağına inanılır.

Borc limitini dayandıran son tənzimləmənin bu ilin əvvəlində başa çatdığı qeyd edilən açıqlamada,  36,1 trilyon dollarlıq yeni borc limitinin 14-23 yanvar tarixləri arasında məcburi olacağı təxmin edildiyi bildirilib.

Açıqlamada dekabr ayında qüvvəyə minən müvəqqəti büdcə layihəsində hökumətə 14 mart tarixinə qədər maliyyə təmin ediləcəyi, 2017-ci ildə qüvvəyə minən vergi endirimlərinin isə 2025-ci ilin sonunda başa çatacağı bildirilib.

Açıqlamada əvvəlki hadisələrə əsaslanaraq borc limitinin yenidən artırılacağı və ya dayandırılacağı ehtimal edildiyi, lakin borc limitinin artırılması və ya dayandırılması ilə bağlı müzakirələrin 2025-ci ilin əvvəlində həll olunmayacağının gözlənildiyi qeyd edilib. Konqresdə xərcləmə siyasətləri ilə bağlı əhəmiyyətli fikir ayrılıqları davam edir.

Məlumatda Milad bayramı öncəsi hökumətin bağlanmasının son anda qarşısının alındığı xatırladılıb və ABŞ-ın seçilmiş prezidenti Donald Trampın müdaxiləsi ilə sözügedən prosesin kifayət qədər mübahisəli olduğu bildirilib.

Məlumatda, 2025 və 2026-cı illərdə ABŞ-nin büdcə kəsirinin Ümumi Daxili Məhsulun (ÜDM) 7,5 faizini keçəcəyi təxmin edildiyi bildirilib.

Seçilən
28
marja.az

1Mənbələr