AZ

Küçə itləri insanlara hücum etdi - 3 nəfər YARALANDI

Yanvarın 7-də müxtəlif saatlarda Quba rayonu ərazisində baş verən it dişləməsi səbəbilə xəsarət alan üç nəfər Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Modern.az-ın məlumatına görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Qeyd olunub ki, 2018-ci il təvəllüdlü şəxsə (kişi cinsli) sol yanağın və gicgah çənə nahiyəsinin çoxsaylı cırılmış açıq yarası, 1960-ci il təvəllüdlü şəxsə (qadın cinsli) burunun kəsilmiş cırılmış açıq yarası, sağ saidin didilmiş sıyrılmış yarası, 1959-cu il təvəllüdlü şəxsə (qadın cinsli) isə sağ əlin üç və dördüncü barmaqlarının kəsilmiş cırılmış yarası, sağ saidin arxa səthinin kəsilmiş açıq yarası diaqnozu təyin olunub:

"Zərərçəkmişlərə ilkin zəruri tibbi yardım göstərildikdən və quduzluq əleyhinə vaksin vurulduqdan sonra onlardan iki nəfər - 1960-cı il və 2018-ci il təvəllüdlü pasiyentlər həmin günü Bakı şəhərində yerləşən Sabunçu Tibb Mərkəzinə təxliyə olunublar.

1959-cu il təvəllüdlü şəxs isə zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb".

***

08:03

Qubada küçə itləri 3 nəfərə hücum çəkib.

Modern.az-ın məlumatına görə, hadisə rayonun Qəçreş kəndində qeydə alınıb.

Küçə itləri kənd sakinləri Zöhr Mərdiyevaya və Raida Salahovaya hücum edib.

Zərərçəkənlər Quba rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardımdan və quduzluq əleyhinə vaksin vurulduqdan sonra Bakıya, Sabunçu Tibb Mərkəzinə göndəriliblər.

Həmçinin Qubada Küsnət Qazma kəndindən olan azyaşlı Məhəmməd Məhəmmədov da it dişləməsi diaqnozu ilə rayon xəstəxanasına çatdırılıb. Azyaşlıya quduzluğa qarşı müalicə təyin edilib.

Seçilən
5
42
modern.az

10Mənbələr