AZ

Trampdan İrana hücum ehtimalı barədə açıqlama: "Buna yalnız axmaq adam cavab verər”

Trampdan

ABŞ-nin seçilən Prezidenti Donald Tramp İrana qabaqlayıcı zərbələr barədə suala cavab verməyib.

Məlumatı “İran İnternational” yayıb.

Bildirilib ki, “ABŞ İrana qabaqlayıcı zərbələr endirəcək?” sualını Donald Tramp belə cavablandırıb: “Bu, hərbi strategiyadır. Cavab verməyəcəm. Ona yalnız axmaq adam cavab verə bilər”.

“New York Post”un məlumatına əsasən, Donald Tramp İsrailin İranın nüvə obyektlərinə mümkün hücumuna qarşı çıxmayacaq(Report).
Seçilən
36
5
reyting.az

2Mənbələr