AZ

Donald Tramp Kanada və ABŞ-ın vahid dövləti təmsil etdiyi xəritəni yayıb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kanada və Amerika Birləşmiş Ştatlarının vahid dövləti təmsil etdiyi və Amerika bayrağının rəngləri ilə rəngləndiyi xəritəni dərc edib.

O, xəritəni “Truth” sosial şəbəkəsində yerləşdirib. Respublikaçı daha sonra ştatlardan biri kimi Kanada ilə ABŞ-ın başqa bir görüntüsünü də təqdim edib. Bu dəfə “Birləşmiş Ştatlar” yazısı “birləşmiş” ərazidə yerləşdirilib.

Əvvəllər siyasətçi dəfələrlə bəyan edib ki, bir çox kanadalılar, öz ölkələrinin ABŞ-a qoşulmasını istəyirlər. Tramp hesab edir ki, belə bir ittifaq Kanadaya iqtisadi fayda verəcək və respublikaçıların “Rusiya və Çin gəmiləri” ilə əlaqələndirdiyi xarici təhlükələrdən qorunacaq.
Xatırladaq ki, keçən ilin noyabrında o, Kanada və Meksikanın qeyri-qanuni miqrasiya və narkotik qaçaqmalçılığı ilə bağlı problemləri həll etmədikləri təqdirdə, Kanada və Meksikadan gələn mallara 25% rüsum tətbiq etməyi təklif etmişdi. Dekabrın 25-də Donald Tramp Kanadanın növbəti Amerika ştatı olmağa razılıq verəcəyi təqdirdə ikiqat vergidən çox azaldılmasına söz verdi.

//Samir Qurbanov, Editor.az

Seçilən
19
editor.az

1Mənbələr