Tərtərdə traktorla minik maşını toqquşub.
Leqal.info xəbər verir ki, hadisə dünən axşam saatlarında Hümbətli kəndində qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü Xəqani Aydınovun idarə etdiyi "Belarus 82" markalı traktor ilə Ədalət Həsənəliyevin idarə etdiyi "VAZ 2101" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ 2101"də olan 1971-ci il təvəllüdlü Ə.S.Həsənəliyev və 2023-cü il təvəllüdlü sərnişin Asya Həsənəliyeva almış olduqları xəsarətlərdən çatdırıldıqları xəstəxanada dünyasını dəyişib.
Digər sərnişin Zəhra Məmmədova tibb müəssisəsinə yerləşdirilib.
Yol-nəqliyyat hadisəsinin baş verməsindən sonra hadisə yerindən qaçan "Belarus 82" markalı traktorun sürücüsü Xəqani Aydınov əməliyyat- axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təqdim edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta