AZ

Elektrik yarımstansiyası yenidən qurulur - 15,6 milyon manatlıq tender

"Azərişıq" Açıq Səhdar Cəmiyyəti 15.645.130,41 manatlıq tender elan edib.

Teleqraf.com xəbər verir ki, vəsaitə Bərdə şəhəri ərazisində yerləşən mövcud 35/10 kV-luq "Səməd Vurğun" yarımstansiyasının 110 kV-luq yarımstansiyaya keçirilməklə yenidənqurulması işləri daxildir.

İddiaçılardan təkliflərini fevralın 11-nə qədər təqdim etmək tələb olunur. Zərflər elə həmin gün açılacaq. Tələb olunan iddiaçıların sayı üçdür. Müsabiqədə iştirak haqqı 2 347 manat təşkil edir.


Müəllif: Teleqraf.com
Seçilən
31
1
teleqraf.com

2Mənbələr