AZ

ABŞ Konqresində Meksika körfəzinin adının dəyişdirilməsi təklif edildi– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının üzvü Teylor Qrin Meksika Körfəzinin adının "Amerika Körfəzi" olaraq dəyişdirilməsini nəzərdə tutan qətnamə layihəsini Konqresə təqdim edib.

Qətnamə qəbul olunsa, 180 gün ərzində bütün federal xəritələrdə və rəsmi sənədlərdə körfəzin yeni adı "Amerika Körfəzi" olaraq qeyd ediləcək.

Qeyd edək ki, Meksika Körfəzinin adının dəyişdirilməsi ideyası ilk dəfə yeni seçilmiş prezident Donald Tramp tərəfindən irəli sürülüb. Tramp bu dəyişikliklərin administrasiyasının yeni siyasətinin bir hissəsi olacağını vurğulayıb.

Tramp həmçinin Şimali Amerikanın ən yüksək zirvəsi olan Denali dağının adının dəyişdirilməsi ilə bağlı da fikirlər səsləndirib. Onun sözlərinə görə, yeni ad regionun Amerikanın irsinə daha çox uyğun gəlməsini təmin edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
54
olaylar.az

1Mənbələr