AZ

Almaniya hökumətinin üzvləri X hesablarını bağlamağa çağırılıb

Almaniyada ayrı-seçkiliklə mübarizə üzrə komissarı Ferda Ataman Nazirlər Kabinetinin üzvlərini X sosial şəbəkəsindəki (keçmiş Twitter) hesablarını bağlamağa çağırıb...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Bu çağırışa səbəb amerikalı sahibkar İlon Maskın ölkə siyasəti ilə bağlı yazıları olub.

"Almaniyanın ayrı-seçkiliyə qarşı müstəqil komissarı hökuməti X hesablarını bağlamağa çağıraraq, İlon Maska məxsus sosial media platformasının dünyanın ən varlı adamının siyasi təsir alətinə çevrildiyini bildirib", deyə nəşr qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Mask kansler Olaf Şolts və prezident Frank-Valter Ştaynmayeri tənqid edib, ifrat sağçı Almaniya üçün Alternativ Partiyasına dəstək verib.

Poliqon.info

Seçilən
36
50
poliqon.info

10Mənbələr