AZ

Bu MMC özəlləşdirilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətitərəfindən bu ilin ilk hərracı təşkil olunub. Hərracda 1 müəssisə,26 nəqliyyat vasitəsi özəlləşdirilib. Əmlaklara ümumilikdə, 129sifariş qəbul olunub, bunun 29-u elektron qaydada həyatakeçirilib.

Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, özəlləşdirilən müəssisə"Bakı Beton Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Qeyd olunub ki, 6,1 milyon manata satılan müəssisənin ümumitikili sahəsi 9 267 kvadratmetr, torpaq sahəsi isə 64 483kvadratmetrdir. Müəssisədə müxtəlif markalı betonla yanaşı, betonvə dəmir-beton borular, bardürlar, dəmir-beton konstruksiyalar, sunovları, plitələr, bloklar və s. məhsulların istehsalımümkündür.

Nəqliyyat vasitələri üzrə sifarişin çox olması hərracı rəqabətliedib. Belə ki, start qiyməti 6 750 manat olan “Sobol” markalıavtomobil 10 min manata, 11 250 manat olan “BMW 740 Li” markalıavtomobil 15 min manata satılıb.

Hərracda satılan əmlakların siyahısı ilə https://clck.ru/3FcemE linkivasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi üzrə növbətihərraclar 14, 28 və 30 yanvar tarixlərində keçiriləcək. Hərraclarasəhmdar cəmiyyətinin səhm paketi və nəqliyyat vasitələriçıxarılıb.

İştirak etmək istəyənlər www.emlak.gov.azwww.auksion.gov.az internetsaytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edəbilərlər.

Özəlləşmədə iştirak etmək istəyən şəxslər hərracın keçiriləcəyitarixə ən geci 3 bank günü qalanadək seçim edib, qeydiyyatdan keçə,dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behödəməklə sifarişçi statusu əldə edə bilərlər.

Məqalədə:
Seçilən
56
az.trend.az

1Mənbələr