İrəvan Bakıya sülh sazişinin razılaşdırılmamış bəndləri ilə bağlı təkliflər göndərib
"Operativ Media" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
"İrəvan Bakıya sülh sazişi layihəsinin razılaşdırılmamış iki bəndi ilə bağlı təkliflər göndərib, müsbət cavab alacağı təqdirdə onu imzalamağa hazırdır", - deyə Paşinyan bildirib.