AZ

Təyyarənin eniş şassisində 2 cəsəd tapılıb

ABŞ-nin Florida ştatında beynəlxalq hava limanına enən "JetBlue" aviaşirkətinə məxsus təyyarənin şassisində iki cəsəd tapılıb. 

"Cebheinfo.az" xəbər verir ki, aviaşirkətdən verilən açıqlamada Nyu-Yorkdan havaya qalxan və Floridanın “Fort Lauderdale-Hollywood” Beynəlxalq Hava Limanına enən “JetBlue” təyyarəsinin eniş şassisində gizlənən iki nəfərin donaraq öldüyü bildirilib. 

Bəyanatda cəsədlərin təyyarə eniş etdikdən sonra həyata keçirilən adi yoxlama zamanı aşkar edildiyi bildirilib: 

"Onların təyyarəyə necə daxil olması hələ də araşdırılır". 

Bildirilib ki, Airbus A320 tipli təyyarə sonuncu dəfə bazar ertəsi gecə Nyu-York Con Kennedi Beynəlxalq Hava Limanından 1801 saylı reyslə Floridaya enib. ABŞ mətbuatında sözügedən iki şəxsin Yamayka vətəndaşı olması ilə bağlı xəbərlər hələ də rəsmi orqanlar tərəfindən təsdiqini tapmayıb. 

Seçilən
32
1
cebheinfo.az

2Mənbələr