Bu qış "Sumqayıt"dan ayrılan Fernando Medeyrosun yeni komandası müəyyənləşib.
QOL.az xəbər verir ki, 28 yaşlı futbolçu karyerasını Albaniyada davam etdirəcək. Braziliyalı dayaq yarımmüdafiəçisi bu ölkənin "Eqnatia" klubu 2027-ci ilin iyununa qədər müqavilə imzalayıb.
Məlumatı Albaniya təmsilçisinin saytı yayıb.
Medeyros daha əvvəl də "Eqnatia"da oynayıb. Bu klubla müqaviləsi başa çatdıqdan sonra o, 2024-cü ilin iyulunda azad agent kimi "Sumqayıt"a transfer olunmuşdu. Lakin cəmi 5 ay sonra braziliyalı ilə müqavilə qarşılıqlı şəkildə ləğv edilmişdi.