Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payçı olduğu “Sarmatiya” Beynəlxalq Boru Kəməri Müəssisəsinin İdarə Heyətinin yeni sədri Mixail Kravçenko təyin edilib.
Bu barədə “Report” şirkətə istinadən məlumat yayıb. M. Kravçenko vəzifəsinin icrasına 2025-ci il yanvarın 1-dən başlayıb.
Təsis müqaviləsinə əsasən, “Sarmatiya” şirkətində İdarə Heyətinə rəhbərlik rotasiya mexanizminə uyğun olaraq həyata keçirilir.
M. Kravçenko hazırda Ukraynanın “Ukrtransnafta” Səhmdar Cəmiyyətini İdarə Heyətində təmsil edir. O, bu vəzifədə Bożena Knipfelberqi əvəz edib. B. Knipfelberq isə “Sarmatiya” şirkətində İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, “Sarmatia” Beynəlxalq Boru Kəməri Müəssisəsinin əsas iştirakçıları SOCAR (25,32% ), Gürcüstanın Georgian Oil and Gas Corporation Ltd (16,09 %), “Ukrtransnafta” (28,79 %), Polşanın “Przedsiebiorstwo Eksploatacji Rurociagow Naftowych Przyjazn S.A.” (28,79 %) və Litvanın “AB Klaipedos Nafta” (1 %) şirkətləridir.