AZ

Naxçıvanda büdcə daxilolmaları artıb

Bakı. Trend:

2024-cü ildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyatNazirliyinin xətti ilə büdcəyə daxilolmalar 230,7 milyon manattəşkil edib.

Bu barədə Trend-ə nazirlikdən bildirilib.

Qeyd olunub ki, bu vəsaitin 226,6 milyon manatı Dövlət VergiXidmətinin xətti ilə, 2,3 milyon manatı dövlət əmlakınınözəlləşdirilməsindən və icarəsindən, 1,8 milyon manatı isə digərmənbələrdən daxilolmalardır.

2024-cü il üzrə büdcə daxilolmaları 2023-cü illə müqayisədə 62,3milyon manat və ya 37 faiz, 2022-ci illə müqayisədə isə 97 milyonmanat və ya 72,6 faiz artıb.

Seçilən
30
3
az.trend.az

4Mənbələr