Xalq artisti Ağadadaş balta atdığı mühafizəçi ilə barışıb.
Publika.az “Qafqazinfo"ya istinadla xəbər verir ki, tərəflər arasında notarius qaydasında barışıq əldə olunub.
Mühafizəçi Nurəddin Cəlilov da, Ağadadaş Ağayev də aralarındakı insidentə görə peşman olduqlarını deyiblər.
Razılaşmada Xalq artistinin vəkili Asim Abbasov da iştirak edib. Sənəd məhkəməyə təqdim edilib.