Çin sahil mühafizə gəmilərinin Şərqi Çin dənizindəki mübahisəli Senkaku arxipelaqı ətrafındakı Yaponiyanın milli ərazi sularını pozduğu açıqlanıb.Yaponiyanın Okinava əyalətinin Naha rayonunda yerləşən 11-ci Region Sahil Mühafizəsi Qərargahının bəyanatına görə, Çinin 4 sahil mühafizə gəmisi Yaponiyanın ərazi sularını pozub.Yaponiyanın nəzarətində olan Minami-Kojima adalarının ətrafında pulemyotlarla təchiz edildiyi görülən gəmilər Yaponiya Sahil Mühafizəsinin xəbərdarlığından sonra bölgəni tərk edib.Sözügedən hadisə 2025-ci ildə Çin gəmilərinin bölgədə Yaponiya ərazi sularını ilk dəfə pozması kimi qeydə alınıb.Çin gəmiləri Yaponiyanın ərazi sularını sonuncu dəfə 2024-cü il dekabrın 6-da pozub.Dövlət televiziyası NHK bildirib ki, sahil mühafizəsi xarici gəmilərin milli ərazi sularını pozmasının qarşısını almaq üçün bölgəyə xəbərdarlıq və nəzarəti davam etdirir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta