Türkiyənin Bursa şəhərində özəl uçuş məktəbinə məxsus təyyarə qəzaya uğrayıb.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Bursa valiliyindən açıqlama verilib.
Məlumata görə, Bursa Yenişehir Hava Limanında günorta saatlarında təyyarə uçuş-enmə zolağından çıxarkən qəzaya uğrayıb.
Qəzada bir pilotun yaralandığı, həyati təhlükəsinin olmadığı bildirilib.
Təyyarənin yararsız hala düşdüyü qeyd olunub.