Bakı. Trend:
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 8 yanvar2025-ci il tarixində keçirdiyi mətbuat konfransında Qərbiazərbaycanlıların qayıdış hüququnu inkar edən və məzmuncaziddiyyətli bəyanat vermişdir.
Trend xəbərverir ki, bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayıb.
"Bir daha vurğulayaq ki, Ermənistan hökumətinin Qərbiazərbaycanlıların öz doğma yurdlarına qayıdış məsələsini əraziiddiası kimi təqdim etməyə çalışması və “Qərbi Azərbaycan”ifadəsinə irad tutması tamamilə əsassızdır. “Qərbi Azərbaycan”ifadəsi həmin məkanda yaşamış azərbaycanlıların özünüidentifikasiyahüququ çərçivəsində istifadə etdikləri və tarixi həqiqətlərəsöykənən termindir. İcma Ermənistanın ərazi bütövlüyünə hörmətetdiyini və qayıdışa sülh yolu ilə nail olmaq istədiyini dəfələrləbildirib.
A. Mirzoyanın Baş nazir Nikol Paşinyanın 2023-cü ilin iyulayının 25-də verdiyi bəyanatında olduğu kimi, azərbaycanlılarınErmənistanı “könüllü tərk etməsi” və onlara “kompensasiyaödənilməsi” ilə bağlı əsassız və bir-biri ilə ziddiyyət təşkil edəniddialar ilə bağlı aşağıdakıları bildiririk:
Əvvəla, qeyd edilməlidir ki, kompensasiya hüquq pozuntusunun vəitkilərin baş vermiş olmasının etirafı mənasına gəlir ki, bu dakönüllü tərk etmə iddiası ilə ziddiyyət təşkil edir. Əgər yüzminlərlə insanın cəmi iki həftə ərzində öz evlərini qışın soyuğundakütləvi şəkildə həqiqətən könüllü şəkildə tərk edibsə, onda onlaraniyə “təzminat” təklif edilib?
İkincisi, biz Ermənistandan qovulmuş azərbaycanlıların geriqayıtmaq hüququndan imtina etmələri müqabilində hər hansı formadatəzminat aldıqları barədə iddianı qəti şəkildə təkzib edirik.
Nəhayət, Ermənistan hökuməti bilməlidir ki, insanlar özvətənlərini hansı şəkildə tərk etmələrindən asılı olmayaraq,qayıdış hüququna malikdirlər və Ermənistan hökuməti Qərbiazərbaycanlıların qayıdışına imkan verməməklə insanlıq əleyhinəcinayət törədir.
A.Mirzoyanın açıqlaması bir daha onu göstərir ki, Ermənistanınsiyasi isteblişmenti elə Levon Ter Petrosyan, Robert Koçaryan vəSerj Sarqsyanın dönəmində olduğu kimi, Azərbaycan xalqına nifrətdənəl çəkə bilmir və bu, onların “demokratiya”, “insan hüquqları”barədə yalandan səsləndirdikləri fikirlərlə tam ziddiyyət təşkiledir.
Ermənistan insan hüquqlarına və beynəlxalq hüquqa hörmət etməlivə Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlişəkildə öz evlərinə qayıtmaq hüququnu təmin etməlidir. BizErmənistan hökumətindən yalan iddialar yaymağı dayandırmağı vəErmənistandan qovulmuş azərbaycanlıların legitim tələbləri iləbağlı İcmamız ilə substantiv dialoqa başlamağı tələb edirik",- deyəbəyənatda qeyd edilib.