Müdafiə Nazirliyinin (MN) tabeliyində olan Təlim və Tədris Mərkəzinin sabiq Maliyyə Xidməti rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Rəşad Məlikzadənin vəkili Vüqar Kazımov prosesdə vəsatət verib. O, apellyasiya məhkəməsinin qismən araşdırma aparmasını xahiş edib.
Hakim heyəti vəsatəti təmin etməyib. Məhkəmənin baxış iclası yanvarın 21-nə təyin olunub.
Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb və barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Daha sonra o, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.