Türkiyənin xarici işlər naziri Hakan Fidan Lefkoşada Şimali Kiprdən olan həmkarı Tahsin Ərtoğruloğlu ilə görüşüb.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi özünün “X” sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, Fidan buradakı təmasları çərçivəsində Şimali Kiprin prezidenti Ərsin Tatar ilə görüşəcək və birgə mətbuat konfransı keçirəcək.
Daşqın HəsənovMissiya.Az