Bakı. Trend:
Xalq Bank 2004-cü ilin 27 dekabr tarixində AzərbaycanRespublikasının Mərkəzi Bankının 246 nömrəli lisenziyası əsasındafəaliyyətə başlamışdır. Hazırda regionun ən dinamik inkişaf edən vəetibarlı maliyyə institutlarından biri olan Xalq Bank müxtəlifalternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdanibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə fərdi və korporativmüştərilərə müasir vərahat bankçılıq xidmətləri təklif edir. Fəaliyyətində müştəriməmnuniyyətini hədəfləmiş Bank müxtəlif rəqəmsal və innovativbiznes həllərini tətbiq edərək məhsul və xidmət çeşidlərinigenişləndirməklə yanaşı, daim xidmət səviyyəsini yüksəltməkistiqamətində çalışır. Xalq Bank fəaliyyəti ərzində müştəri vətərəfdaşlarla əməkdaşlıqda dürüstlük, etibar, yüksək keyfiyyət vəoperativlik prinsiplərinə əsaslanmışdır.
Ötən 20 il ərzində Xalq Bank cəmiyyətin inkişafına öz töhfəsiniverərək müxtəlif korporativ sosial məsuliyyət istiqamətli layihələrhəyata keçirmiş, “Xalq Əmanəti” sosial-mədəni layihəsi çərçivəsində24 kitab nəşr etdirməklə xalqımızın mədəni irsinin qorunub gələcəknəsillərə çatdırılması və milli mədəniyyətimizin dünyadatanıdılması istiqamətində mühüm işlər görmüşdür.
Xalq Bank səhmdar, müştəri, biznes tərəfdaş və əməkdaşlarınagöstərdikləri etimada görə dərin minnətdarlığını bildirir.