AZ

Millət vəkili canlı yayımda üsyan etdi: “Ölən anamı söyən adam…” – VİDEO

Türkiyədə Demokrat Partiyasından istefa verən və CHP-yə bağlı olan istiqlalçı millət vəkili Cemal Enginyurt canlı yayımda əsəbiləşib.

Medianews.az xəbər verir ki, Cemal Enginyurt həyat yoldaşını və vəfat etmiş anasını söyən şəxsə bəraət verilməsi qərarına sərt reaksiya verib.

“Prokuror, əgər onu cəzalandırmasan allah sənə lənət eləsin. Cəza verməsən qorxaqsan. Ölən anamı söyür, şərəf və ləyaqətimi alçaldır. Amma  prokuror cəzalandırmır, Allah sənə lənət eləsin. Ey hakim, sən hansı vicdanla bəraət qərarı verdin? Ədliyyə naziri Yılmaz Tunç! Ədalətin budurmu? Rəcəb Tayyib Ərdoğan, səsimi eşit! Anamı söyən bəraət qazanır”,-deyə Cemal Enginyurt canlı yayımda üsyan edib.

Medianews.az

Seçilən
25
medianews.az

1Mənbələr