İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 45 936-ya yüksəlib.
Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 460 gündür hücumları ilə bağlı məlumat verilib.
İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi 6 qətliam nəticəsində 51 nəfərin həyatını itirdiyi, 78 nəfərin isə yaralandığı bildirilib.
Qeyd edilib ki, İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 45 936-ya, yaralıların sayı isə 109 274-ə yüksəlib.
Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.