AZ

Tramp ABŞ-da iqtisadi fövqəladə vəziyyət elan edə bilər

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasimindən sonra idxala rüsumlar tətbiq etmək üçün iqtisadi fövqəladə vəziyyət elan edə bilər. Bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.

Hesabatda deyilir: “Tramp müttəfiqlərə və düşmənlərə külli miqdarda tariflərin tətbiq edilməsinə hüquqi əsas vermək üçün milli iqtisadi fövqəladə vəziyyət elan etməyi düşünür". Telekanalın məlumatına görə, Tramp ikinci prezidentlik dövründə “qlobal ticarət balansını” bərpa etməyə çalışır.

Bir gün əvvəl Tramp Meksika və Kanadadan idxala “çox ciddi tariflər” tətbiq etmək niyyətində olduğunu açıqlamışdı.

Bundan əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Kanadanın baş naziri Castin Trüdonun gözlənilən istefasını elan etməsindən sonra ölkəsini 51-ci ştat kimi Birləşmiş Ştatlara qoşulmağa dəvət etmişdi.

Trampın sözlərinə görə, birləşmə ticarət tariflərini ləğv edəcək, vergiləri azaldacaq və Ottavanın tam təhlükəsizliyinə zəmanət verəcək. Seçilmiş prezident qeyd edib ki, ABŞ Kanadanı ayaqda saxlamaq üçün ticarət kəsirlərinə və subsidiyalara daha dözə bilməz. Ona görə də, Trampın fikrincə, Trüdo istefa verib.

S.ELAY

XQ

Seçilən
27
5
xalqqazeti.az

6Mənbələr