Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevə başsağlığı verib.
Aznews.az xəbər verir ki, başsağlığında deyilir:
"“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda faciəvi şəkildə qəzaya uğraması nəticəsində çox sayda insanın həyatını itirməsi və yaralanması xəbərini dərin kədər hissi ilə qarşıladım.
Zati-alinizə və dost Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, həlak olanların ruhlarının şad olmasını diləyir, onların ailələrinə səbir və dözüm arzulayıram. Yaralananların tezliklə şəfa tapacaqlarına ümid edirəm.