AZ

İntihar fikrindən daşınıb xilas olmaq istədi, yanaraq öldü – VİDEO

Türkiyənin İsparta vilayətində alovlar içində qalan avtomobildə yanaraq ölən şəxs barəsində bəzi detallar üzə çıxıb.

Medianews.az xəbər verir ki, həmin şəxsin özünü avtomobilin içərisində yandırdıqdan sonra son anda çıxmaq istəyərkən ilişib qaldığı müəyyənləşib.

Alov sürətlə avtomobili bürüyüb, Salih.Ö avtomobilində sıxışıb və çıxa bilmədiyi üçün yanaraq ölüb. Hadisəni görən ətrafdakı vətəndaşların xəbəri üzərinə əraziyə xilasetmə, təcili yardım və polislər sövq edilib. Qısa müddətdə hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər. Təcili yardım əməkdaşları sürücünün həyatını itirdiyini müəyyən edib.

Medianews.az

Seçilən
34
50
medianews.az

10Mənbələr