Olaylar.az türk mediasına istinadla xəbər verir ki, xilas edilən şəxslərdən ikisinin suriyalı olduğu müəyyən edilib. Onlardan biri, 24 yaşlı Muhammed Cedan və 55 yaşlı Halid El Cedan AFAD əməkdaşları tərəfindən dağıntılar altından çıxarılan zaman kameralara əks olunub.
Muhammed Cedanın xilasediciyə ilk sözləri "Xoş gəldin, qardaş" olub.
Axtarış-xilasetmə qrupu dağıntılar altında qalan şəxslərlə ünsiyyət quraraq onların motivasiyasını yüksək saxlamağa çalışıb.
Xilasetmə qrupları dağıntılar altında qalan şəxslərin tapılması üçün işlərini intensiv şəkildə davam etdirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31