Serbiya dünyada vəziyyət normallaşana qədər Rusiyadan silah tədarükü ilə bağlı bir sıra müqavilələrə xitam verib.
Teleqraf.com xəbər verir ki, bunu Serbiya Ordusunun Baş Qərargah rəisi, general Milan Moysiloviç deyib.
Onun sözlərinə görə, Belqrad qlobal səviyyədə beynəlxalq münasibətlərdə vəziyyətin normallaşacağı və razılaşmaların həyata keçirilməsinə imkan verəcəyi ümidi ilə bəzi müqavilələri təxirə salıb. Moysiloviç bildirib ki, Serbiya mövcud vəziyyətdən çıxış yolu tapmağa çalışır.
Baş Qərargah rəisi həmçinin qeyd edib ki, Rusiya istehsalı olan silahlar dünyanın bir çox ölkələrində xidmətdədir və bir çox ölkələrdə lisenziya əsasında istehsal olunur, ona görə də Serbiya ordusu öz hərbi texnikasını saxlamaq üçün yollar axtarır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta