Ajans.az xəbər verir ki, güclü külək Pasadena, Pasifik Paliseyds və Silmar məhəllələri ətrafında yanğınları gücləndirib və 80 mindən çox sakini təhlükəsiz əraziyə təxliyəyə məcbur edib.
Los-Anceles bölgəsində baş verən yanğınlar nəticəsində ən azı iki nəfərin həlak olduğu bildirilir.
Vilayət meri Karen Bass meşə yanğınlarının daha da intensivləşəcəyinə dair xəbərdarlıq edib.