Almaniyanın Bavariya əyalətində magistralda hərəkət edən Niderlanda məxsus sərnişin avtobusu yanıb.
Medianews.az Publika.az-a istibadən xəbər verir ki, Avstriya istiqamətində hərəkətdə olan avtobus Münxen şəhəri yaxınlığında hərəkətdə olarkən baş verən yanğın zamanı sürücünün çevik reaksiyası 52 sərnişinin həyatını xilas edib. Sərnişinlər xəsarət almadan təxliyə olunub.
Hadisə nəticəsində avtobus tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Hazırda yanğının səbəbləri araşdırılır.
Qeyd edək ki, yanğın magistralda böyük tıxacın yaranmasına səbəb olub.