AZ

Londonun mərkəzi küçəsi boşaldıldı - Bomba TƏHLÜKƏSİ

Londonun alış-veriş məkanı olan məşhur “Regent Street” küçəsi günorta saatlarında bomba təhdidi səbəbindən təxliyə edilib.

Publika.az xəbər verir ki, Hamleys oyuncaq mağazasının yaxınlığında park edilmiş qara “Audi A4” avtomobili şübhəli hesab edilib və əraziyə polis qüvvələri cəlb olunub.

Təhlükəsizlik tədbiri olaraq, polis nəqliyyat vasitəsində bir neçə nəzarətli partlayış həyata keçirib. Hadisə zamanı işçilər və müştərilər təxliyə edilərək təhlükəsiz yerdə toplaşıblar.

Seçilən
25
36
publika.az

10Mənbələr