Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Saatlı rayonunda 27 ədəd ikiotaqlı, 18 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı tender elan edib.
Teleqraf.com xəbər verir ki, tenderdə ehtimal olunan qiymət 3.924.450,00 manatdır.
Təkliflərin son təqdim olunma tarixi 10 yanvardır. Təchizatçıların tenderdə iştirak haqqı 1000 manat təşkil edir.
Müəllif: Teleqraf.com