Olaylar.az Xəzər TV-yə istinadən bildirir ki, hadisə Yasamal rayonu, Mirəli Seyidov küçəsində baş verib.
Uşaq təcili tibbi yardımla Kliniki tibbi mərkəzə çatdırılıb.
Klinik Tibbi Mərkəzdən "Xəzər Xəbər"ə bildirildi ki, kişi cinsindən olan 2 nəfər azyaşlı it dişləməsi səbəbi ilə Mərkəzə hospitalizasiya edilib. Hər iki azyaşlının bədənində lokal xarakterli cırılmış yaralar müəyyən edilib, quduzluq əleyhinə vaksin vurulub. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir və ambulator müalicə üçün evə buraxılıblar.
Yasamal rayon İcra Hakimiyyətindən isə bildirildi ki, məsələ araşdırılacaq.
Daha ətraflı videomaterialı təqdim edirik.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31