AZ

Los-Ancelesdə meşə yanğınlarının arealı genişlənib

Los-Ancelesdəki meşə yanğınlarının arealının daha da genişlənməsi ilə əlaqədar rəsmilər 100 min nəfərin təxliyəsinə göstəriş verib.Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, təkcə “Hollywood” ətrafında 20 hektara yaxın meşə ərazisi tamamilə məhv olub.

Los-Ancelesin qərbində bu göstərici ümumilikdə 6406 hektara çatıb, mindən çox tikili məhv olub, o cümlədən bir çox məşhurun villası yanğınlardan zərər görüb. Yanğınlar nəticəsində 5 nəfər ölüb, 1 milyon şəxs isə elektriksiz qalıb. Los-Ancelesin Yağından Mühafizə Xidmətinin rəhbərti Antoni Marrone deyib ki, hadisə ilə əlaqədar Los-Anceles və ətraf ərazilərdəki məktəblərdə tədris qeyri-müəyyən müddətə dayandırılıb.

“Oskar” mükafatının keçiriləcəyi məkan da bu ərazidə yerləşdiyindən mərasim təxirə salınıb.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
10
5
missiya.az

9Mənbələr