Demokrat.az xəbər verir ki, bu iddia ilə “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan çıxış edib.
Xaçatryan iddia edib ki, Prezident İlham Əliyev Ermənistana növbəti ultimatum təqdim etdi və şərtləri qəbul etməkdən başqa yolun qalmadığını çatdırdı.
“Ermənistanın silahsızlaşdırılması, Qərbi Azərbaycana qayıdış, Zəngəzur dəhlizinin açılması və digər tələbləri var. Əliyev Ermənistan dövlətini faşist adlandırdı, bu o deməkdir ki, faşizmə qarşı hansı məntiqlə hərəkət edirlərsə, Ermənistana qarşı da eyni məntiqlə hərəkət ediləcək.
Paşinyan isə susdu, lakin sonra anladı ki, uzun müddət susa bilməz. Ona görə yox ki, erməni ictimaiyyəti cavab tələb edir, xeyr. Səbəb Əliyevin güzəşt tələbini cavablandırmaqdır. Bəyan etdi ki, “biz sona qədər sülh prosesini dəstəkləyəcəyik”.