AZ

Türkiyə Silahlı Qüvvələri döyüşə hazır vəziyyətə gətirilib

Türkiyə Silahlı Qüvvələri Suriyada Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlılarına qarşı mümkün əməliyyatla əlaqədar döyüş hazırlığı vəziyyətinə gətirilib...

Poliqon xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan daha əvvəl bildirib ki, Ankara Suriyadakı PKK yaraqlılarına ultimatum verib və çağırışlara məhəl qoyulmasa, hərbi əməliyyat aktuallaşa bilər.

“Yeni Suriya administrasiyasından terror təşkilatına qarşı lazımi tədbirlər görməsini tələb edən Ankara istənilən ssenariyə hazırlığını davam etdirir. Sərhəddəki qoşunlar mümkün əməliyyat üçün döyüş hazırlığı vəziyyətinə gətirilib, deyə nəşr yazır.

Qəzet qeyd edir ki, Ankara bütün mümkün ssenarilərə hazırlaşır və Suriyada PKK-ya qarşı hərbi əməliyyatlar onlardan biridir.

Poliqon.info

Seçilən
7
3
poliqon.info

4Mənbələr