AZ

Azərbaycanda ən sürətlə kiçilən 5 BOKT – SİYAHI, MƏBLƏĞLƏR

Azərbaycan maliyyə sektorunda 2022-2023-cü illər arasında bəzi bank olmayan kredit təşkilatlarının (BOKT) aktivlərinin ciddi şəkildə azalması müşahidə edilib.

Azərbaycanda aktivləri - ƏN ÇOX ARTAN 10 BOKT – SİYAHI, MƏBLƏĞLƏR

Azərbaycanda aktivlərin dinamikası üzrə - BOKT-LARIN RENKİNQİ – SİYAHI (2022-2023)

Azərbaycanda aktivlərin həcmi üzrə - BOKT-LARIN RENKİNQİ – SİYAHI (2023)

FED.az xəbər verir ki, aktivləri ən çox “əriyən” BOKT “Optimal Finance BOKT” MMC olub. Bu qurumun aktivləri 2022-ci ildə 3,551 milyon manat olduğu halda, 2023-cü ildə 2,436 milyon manata qədər enib. Azalma 1,115 milyon manat və ya 31,40% təşkil edib.

İkinci ən böyük azalma “PARA” BOKT ASC-də baş verib. Bu BOKT-un aktivləri 26,648 milyon manatdan 21,109 milyon manata enib. Azalma 5,539 milyon manat və ya 20,79% təşkil edib.

Üçüncü sırada “Azmikroinvest BOKT” MMC dayanır. Aktivlərinin həcmi 1,585 milyon manatdan 1,270 milyon manata düşərək 315 min manat və ya 19,87% azalma yaşayıb.

Növbəti sırada “İcraçı Kredit Agentliyi” MMC BOKT gəlir. Aktivləri 2022-ci ildə 1,312 milyon manat olduğu halda, 2023-cü ildə bu göstərici 1,104 milyon manata qədər azalıb. Ümumilikdə 208 min manat və ya 15,85% azalma qeydə alınıb.

Nəhayət, beşinci yerdə “ASET Maliyyə Texnologiyaları” BOKT qərarlaşıb. Bu BOKT-un aktivləri 388 min manatdan 331 min manata düşüb ki, bu da 57 min manat və ya 14,69% azalma deməkdir.

Daha detallı aşağıdakı cədvəldə :

S/n

BOKT-LAR

Aktivlərin dinamikası

(artıb-azalma)

(min manatla)

Aktivlərin dinamikası

(artıb-azalma)

(faizlə)

1

"Optimal Finance BOKT" MMC

-1 115

-31,40%

2

"FinEx Kredit" BOKT ASC

-1 445

-26,83%

3

“PARA” BOKT ASC

-5 539

-20,79%

4

“Azmikroinvest BOKT” MMC

-315

-19,87%

5

“İcraçı Kredit Agentliyi” MMC BOKT

-208

-15,85%

Seçilən
26
fed.az

1Mənbələr