Yazını böyüt
Yazını kiçilt
Türkiyə Silahlı Qüvvələri Suriyada Kürdüstan Fəhlə Partiyası (PKK) yaraqlılarına qarşı mümkün əməliyyatla əlaqədar döyüş hazırlığına gətirilib.
Hafta.az xəbər verir ki, bu barədə “Türkiye” qəzeti hərbi mənbələrə istinadən yazıb.
Qəzetin məlumatına görə, Yeni Suriya administrasiyasından terror təşkilatına qarşı lazımi tədbirlərin görülməsini tələb edən Ankara bütün ssenarilərə hazırlaşmağa davam edir:
"Sərhəddəki qoşunlar mümkün əməliyyata döyüş hazırlığına gətirilib".